Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq planı imzalandı
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.
APA TV-nin Gürcüstan bürosu xəbər verir ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığı və gələcək əməkdaşlığın gündəliyini müzakirə ediblər. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrında Gürcüstana səfərinə diqqət yetirilib.
Baş nazir qeyd edib ki, Gürcüstan gələcəkdə də iki qonşu ölkə olan Azərbaycan və Ermənistan arasında dialoqu bütün mümkün yollarla təşviq etməyə hazırdır. Görüşdə İrakli Qaribaşvili tərəfindən irəli sürülmüş “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü”nə diqqət yetirilib.
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də bu ölkənin müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb.
Hər iki ölkənin müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək