Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb
Bu ilin 26 noyabr tarixində Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA TV-yə verilən məlumata görə, görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını Səfirə təqdim edilib.
Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb.
Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”