“Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində konkret addımlar atıb” – APA TV
"2021-ci ilin yanvar ayından etibarən Azərbaycan Ermənistanla dövlətlərarası münasibətlərin normallaşması istiqamətində konkret addımlar atıb".Azərbaycan 2022-ci ildə məlum 5 baza prinsipini təqdim edib və bu prinsiplər Ermənistan tərəfindən qəbul olunub.Eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də bu müsbət dəyərləndirilib. Azərbaycan tərəfindən hazırlanmış və bir ildən artıq müzakirələri davam edən sənəd layihəsi də məhz o prinsiplər üzərində qurulub, beynəlxalq hüququn norma və prinsipləri əsasında formalaşıb.Bizim gözləntilərimiz bu məsələnin hüquqa əsasən həll edilməsi, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması şərtindən, sülh müqaviləsinin razılaşdırılması və tərəflərin bunu qəbul etməsindən ibarətdir. Bu sülh elə bir şərtlərə əsasən qurulmalıdır ki, davamlı olsun, gələcəkdə hər hansı bir açıq sualların olmasına səbəb olmasın”.
OXŞAR XƏBƏRLƏR
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
Şərurun hülüsü niyə bu qədər məşhurdur?