Azərbaycan əhalisinin siyahıya alınmasına başlanır - 10 GÜN ƏRZİNDƏ
Sabahdan ölkəmizdə əhalinin siyahıya alınmasına başlanılır. APA TV-nin məlumatına görə, bu, müstəqillik dövründən sonra sayca üçüncü siyahıya alınmadır. Sonuncu siyahıyaalma 9 il əvvəl - 2009-cu ildə həyata keçirilib.
Dövlət Statistika Komitəsinin siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev bu prosesin həyata keçirilməsi üçün 40 mindən çox insanın səfərbər olunduğunu bildirdi: “Hər bir inzibati ərazi vahidi üzrə, hər bir şəhər, rayon üzrə təşkilati plan tərtib edilib. Planın tərtib edilməsi nəticəsində əhalinin siyahıya alınmasının rayonlaşdırılması aparılıb. Siyahıyaalma prosesi 720 siyahıyaalma, 6777 təlimatçı, 33907 sayıcı məntəqələrinə bölünmüşdür. Həmin bu işə cəlb olunmuş işçilərin siyahıları tərtib olunmuşdur. Bu da təxminən 43 minə yaxın şəxs edir”.
Siyahıyaalma qrupunun rəhbəri sorğuda insanlara müxtəlif səpkili sualların veriləcəyi qeyd edib: “Sorğu vərəqəsi alt suallar da daxil olmaqla 46 sualdan ibarətdir. Sorğu vərəqəsi ev təsərüffatın daxil oln hər bir şəxs üçün tərtib olunub. Burada şəxsin yaşı, cinsi, doğulduğu yer, vətəndaşlığı, milli-etnik mənsubiyyəti, ailə vəziyyəti, təhsil səviyyəsi, gəlir mənbələri və məşğulluq vəziyyəti barədə kifayət qədər ətraflı məlumatlar əldə ediləcəkdir”.
Azad Abbasəliyev xaricdə yaşayan vətəndaşlarımızın da siyahıya alınacağını bildirdi: “İşləmək üçün və təhsil almaq üçün xarici ölkələrə gedən və orada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının siyahıya alınması Xarici İşlər Nazirliyinin (XİN) xətti ilə səfirlik və konsulluqlar vasitəsi ilə həyata keçiriləcəkdir. Bu məqsədlə Dövlət Statistika Komitəsi tərəfindən XİN-ə siyahıyaalma və sorğu vərəqələri çatdırılmışdır”.
Dövlət Statistika Komitəsi sözügedən siyahıyaalmanı cəmiyyətin diqqətinə çatdırmaq üçün 3 təqdimat çarxı hazırladığını bildirən A.Abbasəliyev bununla insanlarda sorğu və anketlərə qatılmaq istəyinin artmasına xidmət etdiklərini bildirdi:
Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 7-də imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” fərmana əsasən, növbəti siyahıya alınma bu ilin oktyabrın 1-dən 10-a keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."