Azərbaycan diplomatik orqanlarının 100 illiyi qeyd edilib

Bu gün ADA Universitetində Azərbaycan diplomatik orqanlarının yaradılmasının 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib.

ADA Universiteti və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açıb.

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti çətin bir tarixi yol keçib. Ulu öndər Heydər Əliyev isə ən böyük diplomatımız olaraq ölkəmizin həyatında müqayisəyəgəlməz rol oynayıb.

Xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, ölkəmizin əsas xarici siyasət prioriteti Azərbaycanın müstəqilliyini və suverenliyini möhkəmləndirilməsidir. Nazir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və inkişafından, onun xarici siyasətindən də bəhs edib.

Konfrans çərçivəsində keçirilən “Azərbaycanın xarici siyasəti: XX əsrdə tarixi inkişaf” adlı sessiyada Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer Azərbaycan diplomatiyası və bu sahədə qazanılan uğurlarla bağlı fikirlərini bildiriblər.

Elvin Paşazadə

Vətən Sadatlı

APA TV

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR