Azərbaycan çempionu dəm qazından boğuldu
Azərbaycan çempionunun dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
APA TV-nin məlumatına görə, 2002-ci il təvəllüdlü Arzuman Abbasovun yaşadığı evin hamamında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, hadisə ötən gün Ramana qəsəbəsi Bünyatzadə küçəsində ev 30/2-də qeydə alınıb. Həmin mənzildə yaşayan, 2002-ci il təvəllüdlü Arzuman Abbasov hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.
Arzuman Abbasov qaydasız döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub.
OXŞAR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama