Azərbaycanda bu il 186 mln. kVt-saat alternativ enerji istehsal edilib
Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı Külək, Günəş Elektrik Stansiyaları və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 185,9 mln. kVt-saat elektrik enerjisi istehsal edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt-saat azdır.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü Külək Elektrik Stansiyalarında 54,8 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında 23 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 108,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Məlumata əsasən, hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında 27,8 mln. kVt-saat artaraq 12 084,0 mln. kVt-saat, Su Elektrik Stansiyalarda 199,9 mln. kVt-saat azalaraq 680,3 mln. kVt-saat təşkil edib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi