Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır
İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, sosial-məişət şəraiti və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər çərçivəsində modul tipli yataqxanaların quraşdırılması prosesi həyata keçirilir.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, şəxsi heyətin səhra şəraitində kompakt yerləşdirilməsi üçün nəzərdə tutulan, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilən bu modul tipli yataqxanalarda bütün infrastruktur yaradılıb. Elektrik, su və qaz xətləri çəkilən yataqxanalar tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə təmin olunub.
Bu istiqamətdə müvafiq tədbirlər planlı şəkildə davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
19:45
1328
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1349
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1788
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
991
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
956
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
991