Avtomobillərin sığortası zamanı əlavə ödəniş tələb edə bilərlərmi?
“Avtomobillərin icbari sığortasının ənənəvi qaydadan elektron formaya keçidinin sürətləndirilməsi sığorta bazarında xaos yaratmayacaq”.
Bunu jurnalistlərə İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktoru Rəşad Əhmədov deyib.
Direktor son vaxtlar kiçik həcmli avtomobillərin sığortalanma prosesində yaranan problemlərdən də danışıb.
Rəşad Əhmədovun sözlərinə görə, Mərkəzi Bankın tələbi əsasında artıq sığorta şirkətləri yanvar ayının 21-dən etibarən avtomobillərin icbari sığortasının onlayn şəkildə həyata keçirilməsini təmin etməlidir.
O əlavə olaraq qeyd edib ki, avtomobillərin icbari sığortası ilə bağlı vətəndaşlardan əlavə ödəniş tələb edilə bilməz.
Sonda isə vurğulanıb ki, sığorta şirkətlərinin rəsmi internet səhifələrinə keçid etmək üçün İcbari Sığorta Bürosunun www.isb.az saytına daxil ola, sığorta ilə bağlı problemlərə görə isə Mərkəzi Bankın 966 qaynar telefon xəttinə müraciət edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb