Avtobuslarda cibgirlik edən şəxs tutuldu
Bakıda avtobuslarda cibgirlik edən və üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslərə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Teymur Ağayev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, daraq və 4 ədəd patron aşkar edilərək götürülüb. Teymur Ağayev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı sərnişin avtobuslarında cibgirliklə məşğul olan Sərxan Əliyev saxlanılıb. Araşdırma zamanı bu şəxsin əsasən insanların sıx olduğu vaxtlarda avtobuslarda cibgirliklə məşğul olduğu müəyyən edilib. Faktlarla bağlı toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib