Avtobus sürücüsümaşın vurdu, adam döydü
Bakıda maşrut avtobusunun sürücüsü qəza törədib.
Hadisə paytaxtın Cəfər Xəndan küçəsində qeydə alınıb.
202 saylı maşrut avtobusunun sürücüsü xuliqanlıq zəminində idarə etdiyi avtobusla qarşısında hərəkət edən "Toyota" markalı 99-ZY-185 dövlət nömrə nişanlı avtomobili vurub.
Marşrut sürücüsü bununla kifayətlənməyib. O, daha sonra avtobusdan düşərək minik avtomobilinin sürücüsü Anar Tağıyevi küçənin ortasında döyüb.
Daxili İşlər Nazirliyi Bakıda avtobus sürücüsünün özbaşınalığına münasibət bildirib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində marşurut avtobusunun sürücüsü R.Bayramovla minik avtomobilinin sürücüsü A.Tağıyev arasında münaqişənin baş verməsilə bağlı araşdırma aparılır.
Tərəflər izahatlarının alınması üçün müvafiq polis orqanına dəvət olunub.
Münaqişə zamanı A.Tağıyevin aldığı xəsarətin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib