Avtobus motosikletlə toqquşdu - ZAQATALADA QƏZA

 

Zaqatalada avtobus qəzası baş verib. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə avqustun 6-da Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı, 99 RM 098 dövlət qeydiyyat nişanlı, içərisində 40-dan çox sərnişin olan avtobus rayonun Muxax kənd sakini Şərafəddin Musa oğlu Atayevin idarə etdiyi qoşqulu motosikleti vurub. Qəza zamanı motosikletin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR