“Avroviziya”da Azərbaycanın səsləri buna görə ləğv edilib
Avropa Yayım Birliyi (EBU) 6 ölkənin münsif səslərinin ləğv olunması ilə bağlı açıqlama verib.
APA TV xəbər verir ki, buna səbəb 6 ölkənin münsiflərinin bir-birini öz sıralamalarında “TOP 5”də qeyd etməsidir.
Təşkilatçılar bunu münsiflər arasında xal transferi olaraq qəbul edib və müsabiqə qaydalarına zidd olduğu üçün xallar sıfırlanıb.
AYB ölkələrə öz münsif heyətləri ilə məsələni tədqiq etməyə imkan yaratdığını əlavə edib.
Qeyd edək ki, “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marinonu münsiflər heyətindən çıxarıb. Buna münsiflər heyətinin səsverməni manipulyasiya etməkdə şübhəli bilinən cəhdləri səbəb göstərilib. Bu səbəbdən AYB altı ölkədən münsiflər heyətinin səslərini etibarsız sayıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko