Avropalı aparıcı erməniləri pərt, azərbaycanlı isə ifşa etdi - POLŞADA
Varşavada keçirilən “Humanitar məsələlər və digər öhdəliklər“ sessiyası zamanı daha bir erməni təxribatının qarşısı alınıb.
APA TV-nin məlumatına görə, Polşa paytaxtında ATƏT-in 2019-cu il İnsan ölçüsü üzrə İmplementasiya Görüşünün qaçqınlar və məcburi köçkünlərin hüquqlarının müzakirə olunduğu tədbirdə Ermənistan nümayəndə heyəti təxribat törətməyə cəhd edib.
Onlar prosedur qaydalarından sui-istifadə edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbərinin çıxışının qarşısını almağa çalışıb. Ermənistan nümayəndəsi Tural Gəncəliyevin iclasda iştirak üçün qeydiyyatının aydın olmadığını iddia edərək, ona çıxış üçün söz verilməməsini tələb edib.
Azərbaycan nümayəndə heyətinin izahı və tədbirin təşkilatçısı qismində ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar üzrə Bürosunun məsələ ilə bağlı Ermənistan nümayəndəsinə aydınlıq gətirməsi ilə T.Gəncəliyevə yenidən çıxış üçün söz verilib.
Lakin erməni tərəfi verilmiş izahata baxmayaraq, çıxışa növbəti dəfə mane olmaq istəyib və bu, yenə uğursuz alınıb. Sessiyanın moderatoru T.Gəncəliyevin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri qismində qeydiyyatdan keçdiyini və bu statusda çıxış etdiyini bildirərək, ona söz verib.
T. Gəncəliyev tutarlı faktlarla erməniləri ifşa edib, onların işğalçı olduğunu, beynəlxalq təşkilatları həmişə aldatmağa cəhd etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."