Avropa Azərbaycan Məktəbinin müəllimlərinə Cambridge CELTA Sertifikatları təqdim olunub
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin Cambridge Assessment English(Kəmbric aassesment inglis ) təşkilatı ilə birgə 2023-cü ilin iyul ayında təşkil etdiyi sCELTA kursunu uğurla tamamlayan Avropa Azərbaycan Məktəbinin müəllimlərinə Cambridge beynəlxalq Sertifikatları təqdim edilib. Tədbirdə bildirilib ki, təlim proqramı Cambridge Assessment English ixtisaslaşmış mütəxəssisləri Qari Nikson, Ganna Basarab və Marina Hayduçenko tərəfindən keçirilib. Tədbirdə çıxış edən Avropa Azərbaycan Məktəbinin rəhbəri Françesko Bankini təlimin əhəmiyyəti barədə danışaraq, bütün iştirakçıları təlimləri uğurla bitirmələri münasibətilə təbrik edib və onlara gələcək peşəkar fəaliyyətlərində yeni uğurlar arzulayıb. Sertifikatla təltif olunan müəllim Kəmalə Orucova bildirib ki, kurs müddətində tədris dili ingilis dili olmayan şagirdlərə bu dili tədris etməyin yollarını öyrəniblər: Qeyd edək ki, 120 saatlıq təlim kursu olan CELTA müəllimlərə yetkin şəxslərə İngilis dili öyrədə bilmək üçün lazımi bacarıq, bilik və təcrübə verir. Bu təlim proqramına qoşulmaq istəyən müəllimlər daha ətraflı məlumat üçün Azərbaycan Müəllim İnkişafı Mərkəzinə e-mail - [email protected] və ya 012 599 1967 və 050 290 1695 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər. AYTƏN SAKİTIQIZI ARİF ƏLİYEV APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi