Avropa Azərbaycan Məktəbində zəfər bayramı qeyd olundu - APA TV
Avropa Azərbaycan Məktəbində Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş “Qarabağ Zəfəri” adlı tədbir keçirilib.
APA TV xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Françesko Bankini qonaqları salamlayaraq, Zəfər Günü haqqında təəssüratlarını bölüşüb: “Qələbəni, Qələbə Gününü, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsini qeyd etmək üçün bu tədbiri keçiririk. Bu, cəmiyyətimizi, Azərbaycanı və ideologiyamızı, bütün Azərbaycan xalqını, tələbələrimizi və icmamızı təbrik etmək üçün bir fikir və bir yoldur. Burada müəllimlər, tələbələr, 1-ci Qarabağ və 2-ci Qarabağ müharibəsində iştirak edənlər, bütün ictimaiyyətimiz iştirak edir”.
Daha sonra Avropa Azərbaycan Məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib, səhnəciklər təqdim olunub.
Tədbirə dəvət olunmuş peşəkarların ifasında nümayiş etdirilən mahnı və rəqs ifaları tamaşaçıların zövqünü oxşayıb.
Mərasimdə həmçinin Qarabağ münaqişəsinin kökündən başlayaraq İkinci Qarabağ müharibəsinə qədər olan tarixi prosesə həsr olunmuş video sujet təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək