AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına biletlər sabahdan satışa çıxarılır
AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılır.
APA TV AFFA-nın saytına istinadən xəbər verir ki, biletlər sabahdan - mayın 15-dən etibarən satışda olacaq.
Bunun üçün 6 satış məntəqəsi ayrılıb: Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül prospekti, Nizami küç., Bakı), Köşk №3 (Üzeyir Hacıbəyov küç.69x, Bakı), 1 saylı "ASAN xidmət” mərkəzi (Həsən Əliyev küç.36, Bakı), 2 saylı "ASAN xidmət” mərkəzi (Nobel prospekti 23, AMAY T.M., Bakı), 3 saylı "ASAN xidmət” mərkəzi (Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı).
Biletləri, eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də almaq mümkündür. Biletlərin qiymətləri 1-ci kateqoriya - 250 AZN, 2-ci kateqoriya - 150 AZN, 3-cü kateqoriya - 60 AZN təşkil edir.
AVRO-2020-nin Bakı Olimpiya Stadionunda 4 oyunu keçiriləcək.
A qrupunda 3 matç baş tutacaq. 12 iyun, saat 17:00-da Uels – İsveçrə, 16 iyun, saat 20:00 Türkiyə - Uels, 20 iyun, saat 20:00-da Türkiyə - İsveçrə görüşləri başlayacaq.
1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib