Atalığı tərəfindən zorlanan 11 yaşlı azyaşlı dünyaya uşaq gətirib
İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı azyaşlı dünyaya uşaq gətirib.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi xəbərə görə, İmişli rayon xəstəxanasından bildirilib ki, İmişli şəhər sakini 2010-cu il təvəllüdlü adını qeyd edə bilmədiyimiz azyaşlının nənəsi nəvəsinin qarnının şişməsi ilə əlaqədar İmişli rayon Xəstəxanasına müraciət edib. Xəstəxananın ginekoloji şöbəsində 11 yaşlı azyaşlının Ultrasəs müayinəsi zamanı ona 31 həftəlik hamiləlik diaqnozu qoyulub. Bu barədə xəstəxana hüquq-mühafizə orqanlarına məlumat verib. Oktyabrın 29-da Respublika Klinik xəstəxanasıına göndərilən azyaşlı qız orada qeysəriyyə əməliyyatı ilə qız körpəsi dünyaya gətirib. 1,2 kq çəkidə olan körpə küvüysə yerləşdirlib.
Baş vermiş olayla əlaqədar əməkdaşlarımız İmişli şəhərində azyaşlının ailəsi ilə görüşə bilməsələr də onun ata babası və əmisi Sabutay Şükürlü ilə görüşüblər. Azyaşlının əmisi qeyd edib ki, qardaşı vəfat edəndən sonra onun yoldaşı Günay Şükürlü bir müddət onlarda- qaynatası gildə yaşayıblar. Sonra onlar ordan çıxıb gediblər. Gəlinləri Günay Şükürova Sabutayın sinif yoldaşı olan Qurban Fərəcovla ailə həyatı qurub. 11 yaşlı qıza da həmin adı çəkilən dırnağarası atalıq edən Qurban Fərəcov tərəfindən təcavüz edilib.
Hüquq-mühafizə orqanları tərəfindən zorlama hadisəsində şübhəli bilinən Qurban Fərəcovun saxlanıldığı qeyd edilir.
Faktla bağlı İmişli rayon prokuroluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib