Ata fiziki qüsurlu oğlu üçün qız qaçırdı - “PİŞƏN” GƏNCƏDƏ TUTULDU

 

Goranboyda 16 yaşlı qız zorla qaçırılıb.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Hazırəhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 2002-ci il təvəllüdlü Məmmədova Elvira Salman qızı əmisi oğlu ilə mağazadan çörək alıb qayıdarkən qaçırılıb. Bir müddət sonra məlum olub ki, gənc qızı qaçırdan kənd sakini, “Pişən” ləqəbi ilə tanınan İlqar Mehdiyev və onun qaynı İlqar Bayramovdur. Onlar həddi-buluğa çatmamış qızı İlqar Mehdiyevin oğlu Elvinə qaçırıblar. Qaçırılan qızın anası övladından nigarandır.

Elvira Məmmədova kasıb ailənin övladıdır. Anası qızın Elvinlə qurmasını istəmir. Çünki həmin oğlan fiziki qüsurludur.

Ananın sözlərinə görə, qızı bu müddət ərzində bir dəfə zəng vurub. Evlərinə qayıtmaq istədiyini, əks halda, intihar edəcəyini deyib. Hicran Məmmədova qızının həmin oğlanla yaşaya bilməyəcəyini iddia edir.

Qonşular, qohumları da qızın qaytarılması üçün kömək istəyir. Aidiyyəti qurumların məsələdən xəbərdar olduğu, lakin 10 gündür heç bir addım atılmadığı bildirilir.

Elviranın qaçırıldığı an onun yanında olan əmisi oğlu hadisənin necə baş verdiyini danışıb. Qızı qaçıranlar azyaşlını itələyib, yıxıblar.

16 yaşlı Elviranı qaçıran İlqar Mehdiyevin ailəsi hadisə baş verən gündən sonra yaşadığı evi tərk edib.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Pişən” ləqəbi ilə tanınan İlqar Mehdiyevin yeri Gəncə şəhərində müəyyən edilib. Dərhal əməliyyat qrupu həmin yerə cəlb olunub. İlqar Mehdiyev tutularaq rayon polis şöbəsinə gətirilib. 16 yaşlı qızın isə vəziyyətinin normal olduğu bildirilir. Qızın yaxınların bildiriblər ki, övladları bu gün onlara qaytarılacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR