Astarada toy mərasimi yarımçıq dayandırıldı – ATA VƏ BƏY DƏ SAXLANILIB
Astarada toy mərasimi təşkil etmək istəyənlər bəylə birlikdə cərimələnib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar. Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah olunub. Elçin Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.
Tural Kərimov
Rövşən Əzimov
OXŞAR XƏBƏRLƏR
11:43
948
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
954
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
979
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1325
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1913
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1932