Astarada od çərşənbəsi necə qeyd edirlər?
Qədim türk coğrafiyasında çillələrdən sonra ay bitincə, yeni ilin başlanğıcı təbiətin oyanışı kimi qəbul olunurdu. Sonralar insanlar tərəfindən bir neçə yalançı çərşənbələr də zaman-zaman qeyd olundu. Xalqlar bunu bəzi inanclar, adət-ənənələrlə, eləcə də ruzi bərəkət rəmzi kimi qiymətləndirirdilər. Bu gün həmən çərşənbələrdən biri od çərşənbəsidir.
Od çərşənbəsi ölkəmizin hər yerində olduğu kimi Astarada da özünəməxsus şəkildə qeyd edilir. Rayonun Kokolos kəndinin cavanları, uşaqları bir sakinin həyətində toplaşır və qaranlıq düşənə kimi od çərşənbəsinə, novruza hazırlıq işləri görür, novruz xonçası hazırlayırlar.
Kimi yumurta boyayır, kimi qaranlıq düşəndə yandırmaq üçün tonqal hazırlayır.
Yaşlı nəslin nümayəndələri isə qovurğa daha çətin işlərlə məşğul olur, qovurğa və digər novruz nemətlərini hazırlayırlar.
Xonça bəzəyən qızlar Novruzun gəlişinə nəğmələr qoşurlar.
Ruziniz bol, süfrələriniz bərəkətli olsun.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib