Astarada narkotacir tiryək satarkən yaxalandı
Astarada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı kənd sakini Elşad Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq Elşad Nəsirovun Şahağacı kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq psixatrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Saxlanılan Elşad Nəsirov narkotik vasitəni iki gün əvvəl evə gətirdiyini bildirib: “2 gün bundan qabaq qoymuşdum evdə divanın altında. Polis əməkdaşları gəldilər, şübhəli olan şəxs kimi evi yoxladılar, tapdılar”.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı