Astarada narkotacir iş başında tutuldu - PULA GÖRƏ MAŞINI GİROV GÖTÜRÜB
Astarada narkotacir cinayət başında tutulub.
APA TV-nin cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbiri nəticəsində 1 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Astara şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Baxşıyev narkotik vasitə olan 150 qram heroini satarkən cinayət başında saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 60 qram psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Teymur Baxşiyevin yaşadığı evdən 380 qram heroin, 280 qram metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilib.
Eyni zamanda narkotacirin borc pul müqabilində rayonun Ərçivan qəsəbə sakini olan bir nəfərin “Mercedes” markalı avtomobilini girov götürməsi müəyyən edilib və həmin avtomobil saxlanılan şəxsin yaşadığı evin həyətindən götürülüb. Teymur Baxşıyev törətdiyi cinayət əməlini etiraf edib: “Narkotik vasitəni İran vətəndaşı mənə demişdi, gedib körpünün altından götürdüm. Yarısını satmışdım, yarısını da polislər evdən götürdülər”.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək