Astarada iki qardaşın evindən oğruluq edənlər yaxalandı
Astarada iki qardaşın evindən eyni gündə oğurluq edən həmkəndlilər saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Ərçivan qəsəbə sakini Elçin Məstiyev polis şöbəsinə müraciət edərək axşam saatlarında evindən 300 manat pul və qızıl zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ərçivan qəsəbə sakinləri - Hüseyn Hüseynov və İmaməli Məmmədov saxlanılıb.
Aparılan araşdırmalarla həmin şəxslərin eyni gündə zərərçəkmişin qardaşının evindən də pul və qızıl-zinət əşyası oğurladıqları məlum olub: “Saat 9 radələrində həmkəndlim Əli İmaməliyevlə evə girmişik, qızıl-zinət əşyalarını götürmüşük. Hər iki evə girəndə qızıl-zinət əşyaları götürmüşük çıxmışıq. Bu əməlimə görə də peşmanam”
Oğurlanan qızıl-zinət əşyaları aşkarlanaraq maddi-sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi