Astarada iki mikroavtobus yandırıldı – SƏBƏB
Astara sakini iki mikroavtobusu yandırıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib. Astara rayonunun Toradi kənd sakini Namiq Babayevə məxsus 2 ədəd “Ford” markalı mikroavtobus naməlum şəxs tərəfindən yandırılıb. Zərərçəkmiş Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, başına gələn hadisə barədə məlumat verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Müstəntiq Murad Bədəlovun sözlərinə görə, araşdırmalarla onun Astara rayonu Hamuşam kənd sakini İsrafil Qasımov olduğu məlum olub: “Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Babayev Namiqə məxsus “Ford” markalı maşınları Astara rayonu Hamuşam kənd sakini Qasımov İsrafil Rəzzaq oğlu gecə saat 3:00 radələrində özü ilə gətirdiyi benzini tökməklə yandırıb”. İ.Qasımov cinayəti şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 3:00 radələrində benzinlə 99 DR 809 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusu yandırdığını bildirib. Nəticədə həmin avtomaşın tamamilə yanıb, yanaşı dayanmış 99 DX 134 dövlət nömrə nişanlı “Ford” markalı digər mikroavtobus isə yanğından qismən zərər görüb: “Mən benzin götürüb, litrlik butulka ilə gecə radələrində getmişəm Kürəli deyilən yerə. “QAZel”ə benzini səpib kibritlə yandırmışam. 2-3 dəqiqə gözləyəndən sonra gördüm artıq iy basır ətrafı, camaat yığışır, çıxıb getdim evə”. Faktla bağlı İsrafil Qasımov barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."