Astarada güclü külək nəticəsində baş verən fəsadlar aradan qaldırılır
Astarada güclü külək nəticəsində bir sıra fəsadlar qeydə alınıb.
Astara şəhər icra nümayəndəsi Şahverən Cavadov APA-nın cənub bürosuna bildirib ki, dünən axşam saatlarından əsən güclü külək, Astara rayonunun təsərrüfatlarına, əsasən elektrik təsərrüfatına, yaşayış binalarına və digər strukturlara ciddi ziyan vurub. Şəhərin mərkəzində, Səməd Vurğun küçəsində 4 mərtəbəli binada, 95 nəfərin yaşadığı 32 mənzilli binanın dam örtüyünü (təqribən 500 kvadratmetr) güclü külək yerə salıb.
Aidiyyəti qurumlar tərəfindən ilkin və təxirəsalınmaz tədbirlər görülür. Xeyli sayda elektrik dirəkləri aşıb, bəziləri yararsız hala düşüb. Şəhər mərkəzində elektrik verilişi bərpa edilib.
Qeyd edək ki, hazırda bölgədə külək səngiyib və yağışlı hava şəraiti müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib