Bakılı “avtoş”u polis Astarada saxladı
Astarada avtoxuliqan məsuliyyətə cəlb olunub.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, polis yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, piyadalara və digər nəqliyyat vasitələrinə ciddi təhlükə yaratmaqla qəza törədən sürücünü saxlayıb.
Bakı şəhər sakini Hikmət Hətəmli idarə etdiyi “Merсedes” markalı 99-SR-457 dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri ərazisində avtoxuliqanlıq edib.
İdarəetmədən çıxan maşın isə yol kənarında park etmiş "Nissan" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Bu azmış kimi H.Hətəmlinin sükan arxasında etibarnaməsiz, həmçinin sürücülük hüququ olmadan əyləşdiyi məlum olub.
Faktla bağlı tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
17:47
568
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
462
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
465
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
823
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
788
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
808