Astarada 6 uşaq anası su anbarında boğuldu
Astarada 6 uşaq anası ehtiyatsızlıqdan su anbarına düşərək boğulub. APA TV-nin cənub bürosunun məlumatına görə, bədbəxt hadisə səhər saatlarında rayonun Kijəbə qəsəbəsində baş verib. Dürriyə kənd sakini, 48 yaşlı Ağabacı Canhəsən qızı Məmmədova həyat yoldaşı ilə birgə İran İslam Respublikasına getmək üçün avtobus gözləyən zaman əl-üzünü və ayaqqabılarını yumaq üçün yaxınlıqdakı Lovayın su anbarına gedib. Xanımının gec qayıtmasından narahat olan Bəşir Əzizov su anbarına yaxınlaşanda A.Məmmədovanın su üzərində cansız bədəni ilə rastlaşıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran filialına təhvil verilib. Qeyd edək ki, Lovayın su anbarından yuyunmaq üçün istifadə qadağan olunsa da, son iki ildə sözügedən ərazidə 6 nəfər boğulub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."