Astara bağlarını şaxta vurdu, camaat nə edəcəyini bilmir
Astarada sitrus bağlarını şaxta vurub.
Bir neçə gün əvvəl rayona yağan güclü qar və şaxta Astaranın sitrus bağlarına ciddi ziyan vurub. Daha çox bu il əldə olunan bol məhsulun bir qismini indiyədək yığmayan, ağaclarda saxlayan təsərrüfat sahibləri ziyana düşüb.
Bu il qat-qat çox məhsula sevinən təsərrüfatçılar ucuz olduğundan meyvəni satmağa tələsməyiblər. Daha sərfəli qiymətə sata bilmək üçün naringini anbarlarda, portağalı isə ağaclarda saxlayıblar. Amma meyvələri şaxta vurub, təsərrüfatlara külli miqdarda ziyan dəyib. Bəzi təsərrüfat sahibləri 10 min manata yaxın ziyana düşüb.
Bundan başqa, yağıntı çox yağdığına görə fərdi anbarlarda saxlanılan sitrus meyvələri də çürüyüb. Təsərrüfat sahibləri ərazidə saxlama kamerası olmadığından məhsulu ev şəraitində saxlamağa məcbur olduqlarını bildiriblər. Bu il yağıntılar çox düşdüyündən rütubətlilik maksimum həddə çatıb, bu da məhsulun çürümə riskini artırıb.
Qeyd edək ki, Astarada 2417 hektar naringi, 450 hektar portağal bağı var. Bağlardan 42 min ton naringi, 5 min ton portağal tədarük edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb