Astara sakinini həyat yoldaşına sataşdığına görə mübahisə etdiyi əmioğlusu öldürüb
Astarada qohumlar arasında mübahisə qətllə nəticələnib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Şəmətük kəndində qeydə alınıb. Belə ki, 27 yaşlı Amil Ağayevlə 30 yaşlı əmisi oğlu Musa Ağayev arasında yaranmış mübahisə əvvəl əlbəyaxa davaya çevrilib, sonra isə bıçaqlanma ilə bitib. Musa Ağayev bir neçə bıçaq zərbəsi alıb və zərbələrdən biri onun ürək nahiyəsinə nüfuz edib. Yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq mümkün olmayıb, o, yolda keçinib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Qətlə yetirilən Musa Ağayevin yaxınlarının bildirdiyinə görə, qətli törədən Amil Ağayev 6 ay bundan əvvəl mərhumun həyat yoldaşına sataşıb. O vaxtdan əmioğlular arasında münasibətlər pozulub.
Mərhum Musa Ağayev ailəli idi və iki qız övladı var. Faktla bağlı Astara Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Astara
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar