“ASAN xidmət”in dəstəyi ilə şəffaf maskalar hazırlanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Sumaks Technologies” şirkəti tərəfindən ilkin olaraq 2000 ədəd şəffaf maska (üz sipəri) hazırlanıb.
APA TV-nin xəbərinə görə, insan həyatı üçün təhlükəsiz və ekoloji təmiz məhsul olan bu maskalar xüsusi 3D printer vasitəsi ilə hazırlanır və hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.
Bu maskalarla ilk olaraq “COVID-19” pandemiyasına qarşı mübarizə ilə əlaqədar vəzifə tələbinə uyğun olaraq kütləvi təmasda olan polis və jurnalistlər təmin olunacaqlar. Eyni zamanda açıq satışda olacaq bu maskalar birdəfəlik deyil, bir neçə dəfə istifadə oluna bilər.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı