Arvadının başını kəsən zabit məhkəmə qarşısında
Arvadını öldürməkdə təqsirləndirilən Bəbir Həsənlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib. İş hakim İlqar Quliyevin icraatına verilib.
Qeyd edək ki, hadisə Goranboyun qaçqınlar şəhərciyində baş verib.
N saylı hərbi hissədə xidmət edən hərbçi - baş leytenant 1994-cü il təvəllüdlü, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olmuş Həsənli Bəbir İntiqam oğlu öz həyat yoldaşını, həmin hərbi hissədə işləyən qadın hərbi qulluqçusu - Gəncə şəhərində anadan olmuş 1993-cü il təvəllüdlü Babayeva Zəhra Cavid qızının bıçaqla başını kəsərək qətlə yetirib.
Həsənli Bəbir İntiqam oğlu Goranboy rayon Polis Şöbəsinə gedərək təslim olub. Bəbirlə Zəhra bir aydır ailə qurublar. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan faktı təsdiq ediblər. Baş inspektor, polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy rayon Polis Şöbəsinə bir nəfər qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub:
“Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir”.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib