Arvadını maşınla vurub daha sonra bıçaqlayan şəxs GÖRÜN KİMDİR
Goranboyda ötən gün baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Belə ki, Goranboyun Dəliməmmədli şəhəri ərazisində 1977-ci il təvəllüdlü Mehman Süleymanov, həyat yoldaşı 1985-ci il təvəllüdlü Əfsanə Məmmədovanı aralarında düşən mübahisə zamanı xüsusi qəddarlıqla öldürüb.
Goranboy Rayon Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, Mehman Süleymanov idarə etdiyi «Land Rover Discovery» markalı avtomobillə Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti ilə 1 ildir faktiki olaraq ayrı yaşadığı arvadı Əfsanəni vurub, daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə zərbə yetirib.
Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
Mehman Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, cinayətin törədilməsində istifadə olunmuş bıçaq sonuncudan götürülüb.
Müdafiəçinin iştirakı ilə dindirilən zaman Mehman Süleymanov törətdiyi əməli etiraf edib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, Mehman Süleymanovun Əfsanə Məmmədova ilə evliliyindən üç övladı var.
Fuad Nazimoğlu, Mehdi Məmmədov APA TV Goranboy
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir