Arvadını boğaraq öldürən kişi Xalq artistinin qardaşı oğlu imiş
Sabunçu rayonu Zabrat qəsəbəsində qətl hadisəsi qeydə alınıb. Hadisə bu gün saat 14:00 radələrində baş verib. 1960-cı il təvəllüdlü Şahniyar Məmmədov birgə yaşadıqları kirayə evdə aralarında yaranmış mübahisə zamanı arvadı 1974-cü il təvəllüdlü Validə Zülfüqarovanı boğaraq öldürüb. Hadisə baş verəndə nəvələri evdə olub. Tovuzun Bozalqanlı kəndindən olan ailə Bakıya 1 ildir ki, köçübmüş. 4 övladı olan Validə Zülfüqarova kafelərdən birində qabyuyan işləyirmiş. Şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən işdən yenicə ayrılıbmış. Şahniyar Məmmədov isə hərbi liseydə mühafizə xidmətində çalışırmış. Ailənin böyük oğlu Rusiyada, qızlarından biri Tovuzda, digər oğlu ilə qızı isə onlarla yaşayırmış. Qonşuları deyir ki, qətlə yetirilən qadın sakit təbiətli biri olub. Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib. Qeyd edək ki, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, qəsdən adam öldürmə maddədilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam edir. Onu da bildirək ki, Şahriyar Məmmədov Xalq artisti Aşıq Mahmudun qardaşı oğludur.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi