Arvadını 2 nəfərə qısqandı: birini öldürdü, digərini... - BAKIDA

Sentyabrın 29-da Bakının Suraxanı rayonunda qətl hadisəsi başa verib.

APA TV-nin məlumatına görə, Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 42 nömrəli evdə yaşayan 1968-ci il təvəllüdlü Aqşin Quliyev öz mənzilində, tanışı - 1972-ci il təvəllüdlü İlham Həşimovu öldürüb.

“Aqşin Quliyev, əvvəlcə büllur güldanla İ.Həşimovun başına, daha sonra bıçaqla boğaz, qarın nahiyələrinə çoxsaylı zərbə yetirib”

Aqşin Quliyev hadisəni törətdikdən sonra evdən qaçıb.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. Aqşin Quliyev işi ilə əlaqədar 15 gündən bir evə gəlir. Bu səbəbdən həyat yoldaşı ilə İlham Həşimov arasında əlaqə olmasından şübhələnib. Qonşuları Aqşinin ciddi psixoloji problemlərinin olduğunu da deyir.

Aqşin Quliyev evdən qaçarkən qətl törətdiyi bıçağı da aparıb. Oradan Binəqədiyə - 61 yaşlı tanışı Füzuli Şirinovun evinə gedib. Amma gizlənmək məqsədi ilə yox. Aqşin evə girən kimi həmin şəxsə də bıçaq zərbələri endirib.

Aqşin Quliyev Füzuli Şirinovu oğlunun yanında vurub. Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, qətli törədən şəxs, rəsmi olaraq həyat yoldaşı Sahilə Quliyevadan ayrılmayıb. Lakin onu bir ay öncə evdən zorla qovub. Onların 2 oğlu və bir qızı var.

Şahidlər deyir ki, Aqşin Quliyevin uşaqlarını da bıçaqla hədələdiyi vaxtlar olub.

Aqşin Quliyev saxlanılıb. İstintaq gedir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR