Arı ölüsü dərman, südü krem, dalağı isə… - XALİS BALI DA VAR

 

Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında keçən il olduğu kimi yenə çadır qurulub. 20 gün ərzində bu ünvana gəlmək məsləhətdir. Çünki…

“Müxtəlif bölgələrimizdən gələn arıçılar öz məhsullarını satmaq üçün bura üz tutub”.

20-ci Bal yarmarkasında ilk gündən qələbəlik hiss olunur. Alıcı sayı arı zəhmətinin əlində qalmayacağından xəbər verir. Satış yarmarkasının 20-ci dəfə keçirilməsinə baxmayaraq, bu sahə ilə bağlı ticarət Azərbaycanda çox qədimlərə gedib çıxır. Arıçıığa maraq isə get-gedə artır. Bu təşkilatçılara hər il edilən iştirakçı sayından və məhsulun miqdarında da hiss olunur.

Yarmarkaya çıxarılan balın keyfiyyətinə arxayınlıq müştəri sayını da ildən-ilə artırır.

Bu isə işbazlarda həvəs və yarmarkaya düşmək arzusu yaratmaya bilməz. Amma çifayda. Xüsusi lobaratoriyalar və ciddi nəzarət bu çadırın qapısını onların üzünə birdəfəlik bağlayıb. Bu 20-ci yarmarkada öz təsdiqini tapıb. Əlaqədar rəsmi qurumlar keyfiyyət üstünlüyünü nəzarətdə saxlayır: “Bu ilki yarmarkaya 120 tondan çox məhsul təqdim olunub. Amma hələ də bu istiqamətdə görülməli işlər var. Son məlumata görə, təqdim olunan məhsulların təxminən 18 faizi standartların tələblərinə cavab vermədiyi üçün satışdan kənarlaşdırılıb. Həmin məhsullar karantin şəraitində saxlanılır və bu çox böyük göstəricidir”.

Yarmarkada arıçılığın daha çox inkişaf etdiyi rayonlardan iştirakçı-satıcı var. Saya gəlincə - hər bölgədən 40 nəfəri keçməmək şərti ilə... Bundan başqa, hər bir arıçının minimum 20 arı ailəsi olmalıdır. Yarmarkaya çıxarılan məhsulun çəkisinə də limit qoyulub - maksimum 400 kq.

Bal növləri müxtəlif olduğu kimi, qiymətləri də fərqlidir. Arıçılar məhsullarını satmaq üçün müxtəlif üsullar düşünüb. Bəzək-düzəkli piştaxtalar, gözəgəlimli təqdimat, qiymət endirimi...

“Ballarımız çeşid-çeşiddir. May balı var, cökə balı var, şabalıd balı var. Qiymətlər münasibdir. 20 manat, 25 manat, 30 manat”.

“Dalaq budur. Arı təbii gətirib. Beçə ballarından təbii gətirib. Özü toxuyub, özü çərçivələyib, qoymamışam. Yaxşı baldır. Bax, balın yoxlanma qaydası belədir. Bal qırılmır”.

Arıçılar Assosiasiyasının mətbuat xidmətinin katibi Elvin Bayramlı da piştaxta arxasında idi. Nəzarətçi kimi yox, o da məhsulunu satırdı: “Bu ikinci ildir artıq mən iştirak edirəm. Atam 30 ildən çoxdur arıçıdır. Amma yarmarkaya yeni başlayırıq. Ümumiyyətlə, arıçılar üçün bayramdır. Bildiklərini, peşə sirlərini bölüşürlər. Bundan başqa arıçılarımız başqa ölkələrdəki yarmarkalarda, sərgilərdə konfranslarda iştirak edir, onu da bir-birləri ilə bölüşür”.

Elvin Byramlı saxta balların satılmasından təəssüflənir. Alıcılara məsləhəti, onlara əmin olmaq üçün müraciət edə biləcəkləri ünvan da var: “Balın təmiz olduğunu yalnız bir nəfər bilir, o da laborantdır. Arıçı deyə bilər bal təmizdir. Amma o arını idarə etmək olmur. Çünki arılar tutaq ki, hansısa şirniyyat sexindən şirə daşıya bilər. Burdan arıçılara səslənirəm ki, ancaq güvənəcəyimiz yer, insanlara bildirəcəyimiz yer laboratoriyadır”.

Bu vaxta qədər təşkil olunan yarmarkanın daimi iştirakçısına da rast gəldik. O, bəlkə də, bu çadırın ən təcrübəli satıcısıdır. Cəmi bir sərgiyə gələ bilməyib: “Balakən balıdır. 38 ildir arıçılıqla məşğuluq. Oğlum, yoldaşım, özüm, hamımız məşğuluq.19 ildir biz hər il yarmarkaya qoşuluruq. Bu il əvvəlki illərdən fərqli olaraq, keyfiyyət daha yaxşıdır”.

Bir çox arıçılarımız müxtəlif arı məhsullarını da satışı çıxarıb: “Gördüyünüz, arı südü kremidir. Sırf təbii arı məhsuludur. Bu da şanın üz qabığından əridilmiş mumdur. Onu da qeyd edim ki, üz qabığında olan A vitamini yerkökündəkindən 400 dəfə çoxdur. Cild üçün çox gözəldir. Dərini qidalandırır, cavan saxlayır”.

“Arı ölüsündən dərman hazırlayırlar. Arılardan ölənləri olur. Onu yığıb gətiririk, ondan dərman düzəldirik”.

“Baldan başqa vərəmum, arı südü k, çiçək tozu gətirmişik. Arı bunu öz ayaqlarında gətirir. Arı bunu gətirməsə arıda balalama getməz. İnsan orqanizmi üçün xeyirlidir. Bu 100 qramdır, 1kq bala qarışdırıb səhər acqarına bir qaşıq yeyirsən. Qiyməti 10-12 manatdır”.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR