"Araz Supermarket" məhkəməyə verildi
"Araz Supermarket” MMC məhkəməyə verilib.
Lent.az xəbər verir ki, supermarketlər şəbəkəsinin Siyəzən rayon filialında müştəri aldadılıb. Buna görə də, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün Siyəzən rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin maddə əsasında fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.
OXŞAR XƏBƏRLƏR
17:19
800
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
714
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
774
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
19:48
1048
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
1000
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
1112