Araq almağa gedən "qanuni oğru" tutuldu
Rusiyanın paytaxtı Moskvada qazaxıstanlı “qanuni oğru” saxlanılıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, “Lexa Maymış” ləqəbli “qanuni oğru” Aytkali Maymışov “Alfa İzmayılov” otelindən çıxaraq, yaxınlıqdakı supermarketdən araq almaq istəyib. Bu vaxt təsadüfən polis tərəfindən yoxlanılıb. Yoxlama zamanı 63 yaşlı avtoritetin üzərindən metadon tapılıb. Polis idarəsində isə onun “qanuni oğru” olduğu məlum olub.
Məlumata əsasən, o, Dağlıq Altay diyarından Moskvaya gəlibmiş. Ancaq onun gəlişinin məqsədi məlum deyil.
OXŞAR XƏBƏRLƏR
16:29
480
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
478
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1052
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
934
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
884
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1755