Ara məsafəsini gözləməyən "Seat" "Mercedes Vito"-a çırpıldı - BAKIDA

Bakının Yasamal rayonu Ziya Büynayov prospektində 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA TV xəbər verir ki,.prospektdə sıxlıq olduğu üçün hərəkətdə olan "Mercedes Vito" markalı nəqliyyat vasitəsinin sürücüsü qəfildən əyləcdən istifadə etməli olub. Bu vaxt arxadan gələn "Seat" markalı minik avtomobilinin sürücüsü ara məsafəsini gözləmədiyindən onun avtomobili "Mercedes"ə çırpılıb. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Yasamal Rayonu üzrə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı  araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR