Aprel döyüşləri şəhidinin xatirəsi anıldı
C.Naxçıvanski adına Hərbi Liseydə 2016-cı ildə Vətənimizin ərazi bütövlüyü uğrunda gedən Aprel döyüşləri zamanı fədakarlıq nümunələri göstərərək şəhidlik zirvəsinə ucalan baş leytenant Mirzə Novruzovun xatirəsi yad olunub.
APA TV xəbər verir ki, tədbirdə liseyin bir qrup zabit, müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə şəhid zabitin keçdiyi qısa, lakin şərəfli ömür yolundan, liseyin kursantlarına və gənc nəslə örnək fədakarlığından, şücaətindən geniş söhbət açılıb. Onun xatirəsinin və adının daima qəlblərdə yaşayacağı vurğulanıb.
Baş leytenant Mirzə Novruzovun vaxtilə liseydə birgə təhsil aldığı kursant yoldaşları onunla bağlı xatirələrindən danışıblar.
Şəhid zabitə həsr olunan videoçarx da nümayiş edilib.
Sonda şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub