APA TV azyaşlıların yazdığı məktubları Zəngilanda hərbçilərimizə çatdırdı
44 günlük Vətən Müharibəsi uşaqların da həyatına təsirsiz ötüşmədi.
APA TV-nin məlumatına görə, bu günlər ərzində balacalar da böyüklərlə birgə həyəcanlandılar, sevindilər, qələbə hissini yaşadılar. Vətən savaşında iştirak edən əsgərlərə məktublar yazaraq onlara öz arzularını çatdırdılar:
Hazırda biz Horadiz sərhəd dəstəsinin Bartaz zastavasındayıq. Mənin əlimdə uşaqların əsgərlərimizə yazdığı məktublar var. Mən indi bu məktubların bir neçəsini əsgərlərə təqdim edəcəm. Açığı, məndə bilmirəm bizim balaca qəhrəmanlarımız, balaca dostlarımız bu məktublarda nə yazıblar. Bir yerdə eşidərik.
“Bartaz” sərhəd zastavasında xidmət göstərən əsgərlərimizə bu məktubları təqdim edirik:
Qeyd edək ki, istər müharibə dövründə, istərsə də müharibədən sonra, azyaşlılar ön cəbhədə olan əsgərlərimizi unutmayıb və onlara daim yüksək əhval-ruhiyyədə saxlayan məktublar, sovqatlar göndəriblər.
Mirmehdi Ağaoğlu,
Əli Ələkbər,
APA TV,
Zəngilan
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?