“APA Group” Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
“APA Group” Media Şirkəti korporativ sosial məsuliyyət öhdəliyindən irəli gələrək, koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
Şirkət fonda 20 000 manat məbləğində vəsait köçürüb. Eyni zamanda “APA Group”un tərkibindəki media orqanları koronavirusa qarşı mübarizə çərçivəsində məlumatlandırma və maarifləndirmə tədbirlərini həyata keçirmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Şirkət bu istiqamətdə Azərbaycan dövlətinin qəbul etdiyi qərarları və görülən tədbirləri işıqlandırır, bu təhlükəli virusla mübarizə üsulları ilə bağlı maarifləndirmə tədbirlərini, dünyada virusla mübarizə istiqamətində atılan addımlar və ən son obyektiv xəbərləri oxucu və izləyicilərinə çatdırır. Sosial izolyasiya tədbirləri ilə bağlı sosial çarxlar və məlumatlandırma vasitələri hazırlayaraq, mütəmadi olaraq yayır.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib