Andranik küçəsində ATIŞMA: Kriminal avtoritet Andranik güllələndi
Yerevanda ötən gecə atışma olub.
Lent.az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, dünən saat 23:40-da “Asthik” Tibb Mərkəzinə güllə yarası ilə gənc oğlanın gətirildiyi barədə onlara məlumat daxil olub.
Həkimlər yaralının həyatını xilas etmək üçün mübarizə apararkən polis onun 26 yaşlı Yerevan sakini Andranik Nersisyan olduğunu müəyyən edib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının verdiyi məlumata görə, hadisə Andranik küçəsindəki 115 saylı evin girişinin yaxınlığında baş verib. Naməlum şəxs Nersisyana bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. “Mercedes” markalı avtomobildə də güllə yerləri aşkarlanıb.
Mənbənin sözlərinə görə, güllələnən kriminal dairələrdə tanınmış “Andulik zonasına nəzarət edən”dir. Versiyalardan birinə görə, söhbət vendettadan (qan qisası) gedir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ