Anasını, bacısını öldürdü, Rusiyaya qaçdı, cəzası azaldıldı
Anasını və bacısını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Murad Niftizadə barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
APA-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, Murad Niftizadəyə təyin olunmuş 20 il həbs cəzası 18 ilə endirilib.
Hökmün qalan hissəsi qüvvədə saxlanılıb.
Qeyd edək ki, Murad Niftizadə 2019-cu ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib. O, hadisədən dərhal sonra mühakimə olunmaqdan yayınaraq Rusiyaya gedib.
Murad Niftizadə barəsində Cinayət Məcəlləsinin 120.2.4 (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri cinayət işi başlanılıb, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Murad Niftizadə 2021-ci il oktyabrın 17-də Rusiyada həbs olunub, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında 2022-ci il mart ayında Azərbaycana ekstradisiya olunub.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib