Anadan dəhşətli addım: Bir qızını öldürdü, digərinə işgəncə verib pul yığdı
Kolorado sakini Kelli Törner ianə toplamaq üçün qızı Oliviya Qantdan istifadə edib.
APA TV xəbər verir ki, o, xəstəlik tarixçəsi ilə bağlı həkimlərə yalan danışıb və həkimləri yeddi yaşlı qızının üzərində lazımsız əməliyyatlar aparmağa məcbur edib.
O, həmçinin həkimləri qızına lazımsız dərmanlar yazmağa çağırıb və onun “müalicəsi” üçün ianə toplayıb.
Prokurorlar Törnerin 100 min dollardan 1 milyon dollara qədər xeyriyyə aldığını bildirirlər.
Nəticədə polis olmaq arzusu ilə yaşayan qızcığaz Denver Hospisində vəfat edib.
Daha sonra Kelli Törner ikinci qızını da sümük ağrıları ilə eyni xəstəxanaya gətirməsi həkimlərin şübhələrinə səbəb olub.
Hazırda 13 yaşlı qız nənə və babasının himayəsindədir, səhhətindən şikayəti yoxdur.
Törner törətdiyi cinayəti etiraf edib. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı