Ana və iki körpəsi ölümdən döndü
Qazaxda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Rayonun Qarapapaq kənd sakinləri 4 yaşlı Damla Yusifova, 3 yaşlı Yusif Yusifov və uşaqların anası 27 yaşlı Türkan Yusifova Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İlkin müayinə zamanı ailə üzvlərinin dəm qazından zəhərləndiyi məlum olub. Aqanal vəziyyətdə xəstəxanaya yerləşdirilən ana və övladlarına lazımı tibbi yardım göstərilib.
(Qazax Təcili Yardım vasitəsilə Qazax Mərkəzi Xəstəxanasının acil şöbəsində üç xəstə daxil olmuşdur.Dəm qazından zəhərlənmə.Bu üç xəstədən biri ana ikisi azyaşlı körpə uşaqlardır.Daxil olarkən vəziyyətləri nisbətən aqanal vəziyyətdə idi.Huşları ala-qaranlıq idi.Xəstələr qəbul edildi,müayinə edildi.Lazımı tibbi yardım göstərildi.Hal-hazırda vəziyyətləri qənaətbəxş olmaqla nəzarətimizdədir.)
Qeyd edək ki, son bir həftə ərzində qərb bölgəsində bir neçə nəfər dəm qazından zəhərlənərək ölüb.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib