AMEA-nın yeni tərkibi seçildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında akademiyanın ümumi yığıncağı keçirilib.
APA TV-nin məlumatına görə, yığıncağda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın 1-ci vitse-prezidentlərinin seçkisi və digər məsələlər müzakirə edilib.
Daha sonra AMEA-nın ümumi yığıncağında 1-ci vitse-prezident vəzifəsinə seçkilər üzrə səsvermənin nəticəsi açıqlanıb. Səsvermənin nəticəsinə görə, humanitar və ictimai elmlər üzrə akademik İsa Həbibbəyli, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidentləri seçiliblər.
Akademiyanın prezidenti və iki 1-ci vitse-prezidentdən başqa rəyasət heyətinin tərkibinə akademiklər Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva, İradə Hüseynova, Rasim Əliquliyev, Əminağa Sadıqov, İsmayıl Hacıyev, Fuad Əliyev daxildir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək