Alov tövləni cənginə aldı, bütün heyvanlar tələf oldu
İmişlidə yanğın nəticəsində iri və xırda buynuzlu heyvanlar tələf olub. Yanğın rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini Azay Babayevə məxsus heyvandarlıq təsərrüfatında başlayan alov daha sonra küləyin təsirindən güclənib. Yanğın tövlə və ətrafdakı ot bağlamalarını cənginə alıb. Təsərrüfat sahibi Azay Babayev bildirir ki, hadisənin baş vermə səbəbi hələ ki məlum deyil. “Yanğın zamanı 150 kvadratmetr sahəsi olan tövlə və içərisində 26 baş xırda buynuzlu, 5 baş iri buynuzlu heyvan, tövlə ətrafındakı 70-ə yaxın ot bağlaması yanaraq məhv olub. Ümumilikdə yanğın zamanı 20 min manat civarında ziyan dəyib”.
Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib, alov söndürələrək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər