Almaniya polisi külli miqdarda kokain ələ keçirib
Almaniya polisi Brandenburqda banan qutuları arasında gizlədilmiş 660 kiloqram narkotik vasitə olan kokain aşkar edib. APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə yerli poılis məlumat verib. Hadisənin üstü topdansatışla məşğul olan iş adamının polisə müraciətindən sonra açılıb. İş adamı polisə müraciət edərək banan qutuları arasında naməlum maddə olduğunu bildirib. Araşdırma zamanı həmin maddənin kokain olduğu üzə çıxıb. Polisin məlumatına görə, narkotik maddə Kolumbiyadan yollanıb. Lakin məhsul səhvən brandenburqlu satıcıya gəlib. Müsadirə edilən narkotik vasitənin ümumi dəyəri 50 milyon avrodur.
OXŞAR XƏBƏRLƏR
18:25
729
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
831
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
732
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1154
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1064
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
965