Allahşükür Paşazadə Nobel Sülh Mükafatına namizəd kimi təsdiqlənib
Bu il Azərbaycandan Nobel Sülh Mükafatına namizəd Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə göstərilib.
Bunu açıqlamasında Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov bildirib.
Onun sözlərinə görə, Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi təsdiqlənib:
"Dekabrın 10-dan fevralın 1-dək sənəd qəbulu olur. Namizədlər Nobel Sülh Mükafatının ekspert qrupuna göndərilir. Sentyabrın sonu, oktyabrın əvvəlində nəticələr elan olunur. Dekabrın 10-da isə təqdimat mərasimi olur.
Şeyxülislam Allahşükür Paşazadənin namizədliyi artıq ikinci dəfə verilir. Namizədlərlə bağlı da gizli səsvermə gedəcək və sentyabrın sonu, oktyabrın əvvəlində nəticələr bəlli olacaq".
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi